Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya təcrübəsi işə yarayacaq – “Vaşinqton Post”

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Pandemiya başqa xəstəliklərin müalicəsini alt-üst etdi. Ancaq bu, gələcəkdə bizə fayda verə bilər” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır.

Koronavirus pandemiyası bir yandan insanlara olmazın iztirablar yaşatdı, o biri yandan da dünyada demək olar bütün səhiyyə və tibb sistemlərini bərbad günə qoydu. Başqa xəstəliklərə qarşı peyvənd kampaniyaları yubandı, ayrı-ayrı müalicə işləri, cərrahiyyə əməliyyatları sonraya saxlandı, xəstəxanalar COVİD diaqnozlu pasiyentlərlə dolub-daşdı, pandemiya büdcə resurslarını və tibb personalının enerjisini tükətdi.

Bununla belə, koronavirus pandemiyası bizə gələcək epidemiyalarla mübarizədə innovasiyalardan, yeni üsullardan yararlanmaq təcrübəsi də qazandırdı.

Pandemiyaya qədər dünyada ən çox ölümə səbəb olan infeksion xəstəliklər arasında birinci yeri vərəm tuturdu. 2019-cu ildə dünyada 10 milyona yaxın insan vərəmə yoluxmuş, onlardan 1,5 milyon nəfəri vəfat etmişdi. Vərəmlə mübarizədə az-çox irəliləyiş əldə olunurdu ki, COVİD-19 infeksiyası araya girdi və ciddi maneələr törətdi.

QİÇS, Vərəm və Malyariyaya Qarşı Mübarizə üzrə Qlobal Fondun məlumatına görə, aktiv müalicədən kənar qalan bir vərəm xəstəsi 15-ə yaxın adamı yoluxdura bilər. Ona görə indi vərəmli xəstələrin müalicəsinin zəifləməsi bu infeksiyaya yoluxanların sayını birdən-birə çoxalda bilər.

Malyariya ilə mübarizə prosesindəki irəliləyiş də yarı yolda qalıb. Qlobal Fondun yeddi Asiya ölkəsində apardığı araşdırma 2020-ci ildə malyariya diaqnozu qoyulan insanların sayının 56 faiz, malyariyalı xəstələrin müalicə olunması üçün göstərilən tibb xidmətlərinin isə 59 faiz azaldığını göstərib. Eyni zamanda bu sahə üzrə ixtisaslaşmış bütün qurumların ciddi ziyana düşdüyü üzə çıxıb.

Dünya Səhiyyə Təşkilatının və BMT-nin Uşaq Fondunun (UNİCEF) hesabatlarına əsasən, 2020-ci ildə 23 milyon uşaq planlı immunizasiya prosesindən kənarda qalıb, yəni zəruri peyvəndləri ala bilməyib. 2019-cu ildə belə uşaqların sayı 2020-ci ildəkindən 3,7 milyon nəfər az olub.

Dünya Səhiyyə Təşkilatı bu ay 129 ölkədə apardığı sorğunun üçüncü mərhələsinin nəticələrini açıqlayıb. Nəticələr həmin ölkələrin 92 faizində səhiyyə xidmətlərinin işində hələ də pandemiya ucbatından fasilələr yarandığını göstərir. Səhiyyə xidmətləri xüsusilə təcili yardım, planlı cərrahiyyə əməliyyatları və planlı immunizasiya, habelə xərçəngin müalicəsi, yeni doğulmuş uşaqlara qulluq, psixoloji sağlamlığın qorunması məsələlərində problemlərlə üzləşir.

Dünya Səhiyyə Təşkilatı vurğulayır ki, 2021-ci ildən bəri ölkələrin səhiyyə xidmətlərinin işində pandemiya üzündən baş verən fasilələrin miqyasında əhəmiyyətli bir azalma müşahidə olunmur.

Ancaq pandemiya özündən sonra ayrı-ayrı xəstəliklərlə mübarizədə yeni üsullar qoyub gedə bilər. Heyrətamiz dərəcədə effektiv olan mRNT əsaslı COVİD peyvəndləri başqa xəstəliklərlə mübarizədə də işə yaraya bilər.

Koronavirus əleyhinə “Moderna” peyvəndini istehsal edən şirkət bəyan edib ki, hazırda mRNT texnologiyasına söykənən doqquz profilaktik peyvənd üzərində iş aparır. Son bir ildə peyvəndlərlə bağlı əldə olunan inanılmaz uğurlar vaksinlərə inamı artıra, şübhələri isə aradan qaldıra bilər.

İnkişaf etməkdə olan ölkələrdə peyvəndlərin hazırlanması və istehsalı prosesi geniş vüsət alsa, bu, gələcəyə böyük töhfə olardı. Bundan əlavə, koronavirusun yayılmasının qarşısını almaq üçün maskalardan geniş şəkildə istifadə olunması digər sahələrdə, məsələn, müalicə alan vərəm xəstələrinin maska taxmasında ortaya çıxan psixoloji kompleksləri aradan qaldıra bilər.

Ev şəraitində ekspress diaqnostika, onlayn səhiyyə xidmətlərinin göstərilməsi, qapalı məkanların daha yaxşı havalandırılması, tullantı sulara daha ciddi nəzarət edilməsi, genetik müşahidənin gücləndirilməsi kimi texnoloji nailiyyətlərin gələcəkdə bizə böyük dividendlər qazandırması mümkündür.

Məsələn, xüsusi olaraq səhiyyə sahəsi üçün düşünülmüş “HealthConnect” texnologiyası, “WhatsApp” sistemində istifadə olunan rəqəmsal xidmətlər Cənubi Afrika hökumətinə yeddi həftə ərzində 6 milyondan çox insana və tibb işçisinə yetişmək imkanı yaradıb. Bu vasitələr yəqin ki, başqa epidemiyalarda da işə yarayacaq.

Biz hələ ki, pandemiya qasırğasının təsiri altındayıq. Ruhdan düşməyək və ümidimizi itirməyək: bu mübarizə bizə gələcəkdə fayda gətirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar